AZ

Sumqayıtın sabiq futbolçusu ölkəsinə qayıdıb

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Sumqayıt"ın sabiq futbolçusu Giorgi Karaişvili ölkəsi Gürcüstana qayıdıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Dinamo"ya (Tbilisi) keçib.

Gürcüstanlı futbolçu ötən ilin sentyabrında "Sumqayıt"a transfer olunmuşdu. Onun Sumqayıt təmsilçisi ilə müqaviləsinin müddəti "1+2" illik idi.

Qeyd edək ki, yarımmüdafiəçi "Sumqayıt"ın heyətində meydana çıxdığı 21 oyunda 1 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
6
bakivaxti.az

7Mənbələr