AZ

ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Qəzzada "sərhədsiz" ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp Şotlandiyada Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransında bildirib.

"Biz ərzaq mərkəzləri yaradacağıq, bunu çox yaxşı insanlarla birlikdə edəcəyik və vəsait ayıracağıq", - o qeyd edib.

Trampın sözlərinə görə, digər ölkələr, o cümlədən Böyük Britaniya bu təşəbbüsə qoşulacaq.

Ağ Ev rəhbəri vurğulayıb ki, ərzaq mərkəzləri hamı üçün əlçatan olacaq.

"Məqsəd ondan ibarətdir ki, insanlar bu mərkəzlərə sərhədsiz daxil ola bilsinlər. Bizim hasarımız olmayacaq", - o deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
2
bakivaxti.az

3Mənbələr