AZ

SOCAR BU BANKA RƏSMƏN SAHİBLƏNDİ Vitse prezidentlər nəzarətçi statusunu alıblar

Mia.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Azər-Türk Bank" ASC-nin səhmlərinin 51 %-nin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) ötürülməsi yekunlaşıb.

Bu barədə Bankın idarəetməsində olduğu Azərbaycan İnvestisiya Holdinqindən bildirilib.

Bankın səhmlərinin 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 79 milyon manatdır(report).

Yeri gəlmişkən, bu proses nəticəsində "Azər Türk Bank”ın (ATB) rəhbərliyində də dəyişiklik olub.

Mia.az-ın əməumatına görə, SOCAR-ın vitse-prezidentləri Əfqan İsayev və Zaur Qurbanov bankın Müşahidə Şurasının üzvü təyin edilib. Onlar müvafiq olaraq Günel Nəbiyeva ilə Pərvin Manafovdan boşalan vəzifələri tutublar.

Mia.az-ın əldə etdiyi məlumata görə, bu xəbərlə bağlı sosial mediada yayılanların əksinə, hər iki vitse-prezident SOCAR-da postlarında qalırlar.

Yeri gəlmişkən, SOCAR-ın bir vitse-prezidenti isə son bir neçə ayda AFFA-dakı kadr təyinatlarına "müdaxilə"lərlə diqqətççi çəkməyə başlayıb.

Hətta onlardan birinin "Azerlotereya"a "kilid vəzifə" tutan qardaşının liderlik etdiyi dəstə artıq AFFA-da qeyri-rəsmi gücə çevrilib, təyinatlara təqdimar verir, maliyyənin bölüşdürülməsində mühüm rəy verirlər...

Bu mövzuda da araşdırmamamız davam edir.

F.ASLAN 

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
2
mia.az

3Mənbələr