AZ

Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - FOTO


İyulun 28-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında siravi və kiçik rəis şəxsi heyəti vəzifələrində xidmət etmək arzusunda oaln gənclərin növbəti sıra baxışını keçirib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DIN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 214 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb, onlardan 28-i Vətən müharibəsi iştirakçılarıdır.

Gənclər qarşısında çıxış edən nazir seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

ZÜMRÜD

Seçilən
74
33
baki-xeber.com

10Mənbələr