AZ

Dünya çempionatı: 3 güləşçimiz üçün təsəlliverici görüş şansı

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Güləş üzrə ilin ilk dünya çempionatına start verilib.

İdman.biz xəbər verir ki, Yunanıstanın paytaxtı Afinada U-17 kateqoriyasında xalça üzərinə ilk olaraq yunan-Roma güləşçiləri çıxıblar.

Azərbaycan millisinin mübarizəyə qoşulan 5 idmançısından 3-ü ən yaxşı halda bürünc medal qazana bilər.

Yunan-Roma güləşi

4️8️ kq

Qurban Məcnunov 1/8 finalda qazaxıstanlı Nurdaulet Kumaruliyə 0:10 hesabıyla məğlub olub.

5️5️ kq

Nihat Bəhmənov ermənistanlı Merujan Mxitaryana 5:1, rumıniyalı Patrik Kroitoruya 3:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Ancaq 1/4 finalda qazaxıstanlı Nurali Askara 0:2 hesabıyla uduzub.

6️5️ kq

Hüseyn İsgəndərov niderlandlı Mate Van Osa 5:4 hesabıyla qalib gəlsə də, 1/8 finalda ermənistanlı Janes Nazaryana 1:9 hesabıyla məğlub olub.

8️0️ kq

Nicat Yeylaqaliyev yunanıstanlı Stefanos Konstantinosa (8:0) və qazaxıstanlı Mardanbek Maxkambayevə tam üstünlüklə (13:5) qalib gəlib. Ancaq 1/4 finalda gürcüstanlı Luka Martiaşviliyə "tuş"la uduzub.

1️1️0️ kq

Rihad İbrahimli təsnifat mərhələsində özbəkistanlı Sayidəmir Nemətova 0:10 hesabıyla məğlub olub.

Qurban, Nihat, Hüseyn və Nicatın rəqibi yarımfinaldadır. Onlar finala yüksəlsə, təmsilçilərimiz sabah təsəlliverici görüşə çıxacaqlar.

Qeyd edək ki, mundial avqustun 3-dək davam edəcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
1
icma.az

2Mənbələr