“İnter Mayami”nin futbolçusu Lionel Messi nadir və eksklüziv aksessuarla diqqət çəkib.
Referans xəbər verir ki, o, 18 karat sarı qızıldan hazırlanmış “Rolex Daytona 126538TRO” “Barbi” saatı ilə görüntülənib.
Bu saatlar lüks mexanika dünyasının həqiqi xəzinəsidir. Çəhrayı siferblatı, çəhrayı sapfir bezeli və klassik “Daytona” modelini yüksək zərgərlik incəliyi ilə birləşdirən parlaq dizaynı ilə seçilir. Hal-hazırda bu model “Rolex” kataloqunda rəsmi olaraq mövcud deyil.
Onun pərakəndə satış qiyməti 395 min dollar olsa da, bazar dəyəri artıq 900 min dollara çatıb ki, bu da modelin nə qədər nadir və dəyərli olduğunu göstərir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta