AZ

Mədəniyyət Nazirliyi üzrə vəzifəli şəxslər xüsusi rabitəylə təmin olunan şəxslərin siyahısından çıxarılıb

Mədəniyyət Nazirliyi üzrə vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısında çıxarılıb.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısında Mədəniyyət Nazirliyi üzrə bölmə ləğv edilib. Beləliklə, aşağıdakı vəzifəli şəxslər Siyahıdan çxarılıb:

- Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi;

- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru;

- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru;

- Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru;

- Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru;

- Heydər Əliyev Sarayının direktoru;

- Bakı Dövlət Sirkinin direktoru;

Seçilən
48
9
aznews.az

10Mənbələr