Ukraynanın dövlət və dövlət zəmanətli borcu 7,69 trilyon qrivna və ya 184,84 milyard ABŞ dolları təşkil edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Ukrayna Maliyye Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyun ayı ərzində borc qrivna ilə 181,73 milyard, dollarla isə 3,88 milyard artıb.
Mayda isə bu məbləğ qrivna ilə 7,51 trilyon, dollarla isə təxminən 180,97 milyard idi.