AZ

“Beşiktaş” Qazaxıstan millisinin üzvünü Rusiya klubuna satdı

ain.az bildirir, sport24.az portalına istinadən.

Moskva "Dinamo"su "Beşiktaş"ın yarımmüdafiəçisi Baktiyor Zainutdinovun transferini açıqlayıb. Sport24.az Rusiya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qazaxıstanlı futbolçu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

 "Transfermarkt" portalının məlumatına görə, "ağ-göylər" bu keçidə görə İstanbul klubuna 2,8 milyon avro ödəyəcək.

Qeyd edək ki, Zainutdinov daha əvvəl də Rusiyada çıxış edib. O, ÇSKA və "Rostov"un uğurları üçün çalışıb. Qazaxıstan millisində 42 matça çıxan yarımmüdafiəçinin hesabında 14 qol var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
sport24.az

1Mənbələr