Yazını böyüt
Yazını kiçilt
Türkiyə nəhənglərindən olan "Beşiktaş" Baxtiyar Zaynutdinovu Rusiyanın "Dinamo Moskva" klubuna satıb.
Hafta.az xəbər verir ki, bu barədə Rusiya klubunun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, futbolçu üçün "Beşiktaş"a 2.8 milyon avro ödəniş edilib.
Xatırladaq ki, "Beşiktaş" Baxtiyar Zaynutdinov üçün "ÇSKA Moskva" klubuna 4.5 milyon avro ödəmişdi.
İstanbul klubu Zaynutdinova xidmətlərinə görə təşəkkür edib. Zaynutdinov "Beşiktaş" forması ilə çıxdığı 44 oyunda cəmi bir qolla yadda qalıb. Ötən mövsümdə isə cəmi doqquz oyuna çıxıb və uzun müddət zədəsini sağaltmalı olub.
Qeyd edək ki, "Beşiktaş" Jedson Fernandeşi də Rusiyanın "Spartak Moskva" klubuna satıb.