AZ

Növbəti köç karvanı Ballıca kəndinə çatdı: Açarlar təqdim edildi - YENİLƏNİB + FOTO

Xocalı rayonunun Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.
 
Moderator.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.
 
Qeyd olunub ki, indiyədək Xocalının Ballıca kəndində 180 ailə - 840 nəfər məskunlaşıb. Ümumilkdə bugünkü köç də daxil olmaqla, 902 nəfərdən ibarət 197 ailə kəndə qayıdıb.
 
Xocalı şəhəri, Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində hazırda 1433 nəfərdən ibarət 327 ailə yaşayır.
13:37
 
Yola salınan növbəti köç karvanı Xocalı şəhərinə və Ballıca kəndinə çatıb.
 
Moderator.az xəbər verir ki, bu mərhələdə Xocalı rayonu Ballıca kəndinə 62 nəfərdən ibarət 17 ailənin köçürülməsi həyata keçirilib.
 
Sakinlər Ballıca kəndində dövlətin dəstəyi ilə inşa edilən tam təmirli evlərə yerləşdiriləcəklər. Burada onlar üçün hər cür şərait yaradılıb - su, işıq, qaz, internet bağlantısı, məktəb, tibb məntəqəsi və digər sosial infrastruktur artıq istifadəyə verilib.
Seçilən
79
4
moderator.az

10Mənbələr