AZ

Mədəniyyət və İncəsənət universitetindən BİABIRÇILIQ: Xalq artisti ilə əməkdar incəsənət xadiminin adları görün necə yazıldı FOTO KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Mədəniyyət və İncəsənət Universitetinin rəsmi saytında Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü Firəngiz Mütəllimovanın və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin ingiliscə ad və soyadları yanlış şəkildə qeyd olunub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Əliqismət Lalayevin adı “Elizabeth”, Firəngiz Mütəllibovanın soyadı isə “Mullimova” kimi qeyd olunub. Firəngiz xanımın adı isə ümumiyyətlə ingilis dilində elə qeyd edilib ki, onu normal diksiya ilə oxumaq mümkün deyil.

Fotoları təqdim edirik:

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
2
konkret.az

3Mənbələr