AZ

Tailand və Kamboca atəşkəslə bağlı razılığa gəldi

Tailand və Kamboca atəşkəslə bağlı razılığa gəlib.

XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim məlumat verib.

Tailand və Kamboca arasında atəşkəsin iyulun 29-u yerli vaxtla saat 00:00-da qüvvəyə minəcəyi bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Tailandla Kamboca qoşunları arasında sərhədin mübahisəli hissəsində toqquşma baş vermişdi. Silahlı toqquşmalar zamanı onlarla insan həlak olmuşdu.

Xəbər 2 dəfə oxunub.
Seçilən
10
2
xezernews.az

3Mənbələr