AZ

Şeremetyevoya haker hücumu, uçuşlar dayandı

Rusiya Baş Prokurorluğu Şeremetyevo hava limanında uçuşların gecikməsi və ləğvi ilə bağlı nəzarət tədbirlərinin təşkili barədə göstəriş verib.

XəzərNews.az xəbər verir ki, bu barədə Lenta.ru-ya idarədən məlumat verilib.

Məlumata görə, buna səbəb haker hücumu nəticəsində Aeroflotun işinin iflis olması olub.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 272-ci ("Kompüter məlumatlarına icazəsiz daxil olma") maddəsi ilə iş açılıb.

Şeremetyevo hava limanında beynəlxalq (Astana, Yerevan, Minsk) və regional (Yekaterinburq, Omsk, Perm, Soçi, Çeyabinsk) hava limanlarına onlarla reys ləğv edilib.



Xəbər 60 dəfə oxunub.
Seçilən
26
xezernews.az

1Mənbələr