Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Səudiyyə Ərəbistanı klubu "Əl-Nəsr" portuqaliyalı hücumçu Joau Feliksin transferi üçün ciddi addım atıb.
Fanat.Az xəbər verir ki, ərəblər həm "Çelsi" klubuna, həm də futbolçunun özünə rəsmi təklif göndərib və tərəflər razılaşmağa yaxındır.
Bu barədə məlumatı məşhur insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, hazırda danışıqların son mərhələsi gedir. Transferin yaxın 24–48 saat ərzində yekunlaşması gözlənilir.
Qeyd edək ki, mövzu ilə bağlı rəsmi açıqlama hələ verilməyib.
Kamil Xudiyev
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.