AZ

RUSİYA AEROPORTLARI YENƏ İFLİC OLDU - Bu dəfə hakerlər “işləyib” + VİDEO

Rusiya hava limanları heç cür normal uçuş qrafikini bərpa edə bilmirlər. Bunun əsas səbəbi Ukrayna PUA-ları olsa da, artıq hakerlər də “öz sözünü deməyə” başlayıblar.

Hurriyyet.az xəbər verir ki, Moskvanın Şeremetyevo hava limanında yenidən uzun növbələr yaranıb. Bu dəfə səbəb “Aeroflot” şirkətinin elektron sisteminə edilən müdaxilələrdir. “Silent Crow” və “Cyberpartisans” haker qrupları baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb. Hakerlər yazır ki, onlar “Aeroflot” müştərilərinin şəxsi məlumatlarına və aviaşirkətin əməkdaşlarına aid çoxlu məxfi məlumatlara çıxış əldə ediblər.

Nəticədə sərnişinlər hava limanında reyslərinin gecikməsindən və ya təxirə salınmasından şikayətlənirlər. Artıq “Aeroflot”-un 40-a yaxın reysinin ləğv edildiyi açıqlanıb.

VİDEO linkdə https://www.facebook.com/reel/1498153224527185

AzPolitika.info

Seçilən
17
1
hurriyyet.az

2Mənbələr