Demokrat.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Abşeron rayon qəsəbələrinin birində baş verib.
22 yaşlı Elvin 9-cu sinif şagirdi Gülər (şərti adlı) ilə münasibət qurub. Onlar qarşılıqlı razılıq əsasında birgə yaşamağa başlayıblar. Məsələdən hər iki tərəfin valideynlərinin xəbəri olub. Lakin qızın azyaşlı olması səbəbindən ailələr izdivacın rəsmi şəkildə yalnız onun 17 yaşı tamam olduqdan sonra baş tutmasına razılaşıblar.
Buna baxmayaraq, Elvin azyaşlı qızı razı salaraq evdən qaçırıb. Bir il sonra onların qız övladı dünyaya gəlib. Ana olan vaxt Gülərin hələ 17 yaşı tamam olmayıb.
Elvin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə cinayət işi başlanıb.
Həm Elvin, həm də Gülər məhkəmədə münasibətlərinin qarşılıqlı sevgi əsasında qurulduğunu və hazırda birlikdə xoşbəxt yaşadıqlarını deyiblər.
Məhkəmədə Gülərin atası da ifadə verib. O, qızının azyaşlı olduğu üçün evlənməsinə razı olmadığını, lakin sonradan Elvinə qoşulub evdən getdiyini deyib: "Qızım 9-cu sinifə qədər təhsil alıb. Elvin ona elçi gələndə razı olmadım. Dedim ki, hələ uşaqdır. Amma ailələr arasında razılaşdıq ki, 17 yaşı tamam olandan sonra toy edək. Buna baxmayaraq, Elvin bir müddət sonra qızımı qaçırdı. Qızım evdən çıxarkən məktub qoymuşdu ki, evlənmək məqsədilə gedib. Könüllü getdiyi üçün dalınca getmədim. Üzərində ləkə qalmasın deyə evlənməsinə də etiraz etmədim".
7Mənbələr
-
ucnoqta.azBakıda 16 yaşlı qız ana oldu, əri həbs edildi ( 19785881)
-
afn.azAbşeronda azyaşlı qız ana oldu, əri həbs edildi ( 19784396)
-
gundem.azBakıda 16 yaşlı qız ana oldu, əri həbs edildi ( 19783121)
-
demokrat.azBakıda 16 yaşlı qız ana oldu, əri həbs edildi ( 19782530)
-
sfera.azBakıda 16 yaşlı qız ana oldu, əri həbs edildi ( 19782476)
-
news.milli.azBakıda 16 yaşlı qız ana oldu, əri həbs edildi ( 19781390)
-
milli.azBakıda 16 yaşlı qız ana oldu, əri həbs edildi ( 19781432)