“Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi 23 iyul 2025-ci il tarixdə Quba rayonu Qəçriş kəndinin bir qrup ailələrinin nümayəndələri ilə Azərbaycan respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda dayanıqlı ekoturizmin inkişafına dəstək”layihəsini nəzəri formatda davam etdirdi.
QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova kənd sakinlərinə bir daha təlimdə nələr əldə etdiklərini izah etdi.Sonra kənd sakinləri arasındaüç qrup formalaşdırıldı.Birinci qrup kənd turizm ilə bağlı ümumi nələr edə biləcəkləri haqqında danışdılar.İkinci qrup bələdçiliklə bağlı və üçüncü qrup isə kənd evlərində turistlərə necə xidmət göstərməli ilə bağlı danışdılar.
Hər üç qrupa Quba rayon Turizim İdarəsinin nümayəndəsiAzər Səfərov məsləhətlər verdi və turizim ilə bağlı nələr edə biləcəklərini bir daha izah etdi.Eyni zamanda “Sosial-iqtisadi və kənd təsərrfatının inkişafına dəstək”İctimai Birloyinin sədriZülfiyyə Nuriyevada kənd sakinlərinə dövlət proqramı ilə bağlımüxtəlif töhflər verdi.
Müzkirə sakinlər arasənda böyük marağa səbəb oldu.
Sonda Qəçriş kənd nümayəndəsi Fuad Yunusov belə bir layihəni məhz həmin kənddə keçirilməsinə görə həmAzərbaycan respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, həm “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyininə öz təşəkkürünü bildirdi. O qeyd etdi ki, belə layihələrin həyata keçirilməsi vacib məsələdir. Belə ki, kənd sakinləri bu layihə nəticəsində kənd turizmin inkişafı ilə bağlı müxtəlif məlumatlar əldə etdilər.