AZ

İngiltərə və Almaniya çempionları razılığa gəldilər Kolumbiyalı ulduzun keçidi sabah açıqlanacaq

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bayern Münhen" və "Liverpul" klubları kolumbiyalı vinger Luis Diasın transferi ilə bağlı razılığa gəliblər.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.

Mənbənin məlumatına görə, İngiltərə nəhənginin oyunçusunun transferi "Bayern"ə 75 milyon avroya başa gəlib. Bütün sənədlərin çərşənbə axşamı, iyulun 29-da imzalanacağı gözlənilir. Almaniya çempionu artıq futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan şəxsi müqavilənin də şərtlərini razılaşdırıb.

Luis Dias 2024/25 mövsümündə "Liverpul"un heyətində 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. 

Mirağa

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
fanat.az

2Mənbələr