Sabah Qəbələ rayonunun Əmili kəndində 285 abonentin qaz təchizatı dayandırılacaq.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsinin ərazisində Qəbələ rayonu Əmili kəndi ünvanında yol kənarından keçən D-159 mm-lik yerüstü qaz xəttinin üzərindəki qapı keçidinin yer altına salınması məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Əmili kəndində 285 abonentin qaz təchizatı daxildən dayandırılacaq.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.