AZ

Müller MLS klubuna keçə bilər

BAKI, 28 iyul. TELEQRAF

Almaniyanın "Bavariya" klubundan ayrılan Tomas Müller karyerasını ABŞ-də davam etdirəcək.

Teleqraf "Bild" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı almaniyalı hücumçu "Vankuver"lə danışıqlar aparır.

Müller "qartallar"la müddəti 2026-cı ilin sonuna qədər olan müqavilə bağlayacaq.

Qeyd edək ki, Tomas Müller "Bavariya" ilə başa çatan müqaviləsini yeniləməyib. O, son mövsüm ərzində meydana çıxdığı 49 oyunda 8 qol və eynisayda məhsuldar ötürmə müəllifi olub.

Seçilən
26
3
teleqraf.com

4Mənbələr