AZ

Bakıya gələn rusiyalı turistlər nələr danışdı? - VİDEO

"CBC TV" Azərbaycana gələn rusiyalı turistlərin təəssüratlarını öyrənib.

 

Sfera.az xəbər verir ki, onlar Bakının gözəlliyindən, təhlükəsizliyindən və qonaqpərvərliyindən bəhs ediblər.

 

"Biz İçərişəhərdə, Heydər Əliyev mərkəzində olduq - hər şey zəngin, təmiz, gözəl görünür. Yeməklər çox dadlıdır. Bakı pomidoru sadəcə möhtəşəmdir", - rus turislərdən biri deyir.

 

İlk dəfə Bakıda olduğunu söyləyən digər qonaq isə paytaxtın atmosferini bəyəndiyini və yenidən gələcəklərini bildirib: "Harada insanlarla ünsiyyətə girirdik onların necə xeyirxah olduğunun şahidi olurduq". 

 

"Gəzmək, istirahət etmək təhlükəsizdir. Həmçinin şəhər çox təmizdir. Biz mütləq geri qayıdacağıq. Burada müxtəlif mədəni istirahətlər şərait yaradılıb", - daha bir rusiyalı turis vurğulayıb.

 

Azərbaycan mətbəxindən danışan qonaqlardan biri qoyun ətinin Rusiyadakından daha dadlı olduğunu dilə gətirib. 

 

Milli.Az

Seçilən
15
6
sfera.az

7Mənbələr