AZ

Aeroflot un informasiya sistemlərində nasazlıq yaranıb: Reyslər ləğv edilə bilər

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" aviaşirkətinin informasiya sistemlərində nasazlıq yaranıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Aeroflot"un Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, nasazlıq səbəbindən reyslərin cədvəlində dəyişiklik ediləcəyi barədə xəbərdarlıq edilib, uçuşlar ləğv oluna, yaxud təxirə salına bilər.

Məlumatda, həmçinin əlavə edilir ki, mütəxəssislər problemləri aradan qaldırmaq və qrafiki normallaşdırmaq üçün işləyirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
oxu.az

1Mənbələr