AZ

Castin Timberleykin Bakı konserti ilə bağlı detallar açıqlandı

BAKI. 28 iyul. TELEQRAF

ABŞ-nin dünyaca məşhur müğənnisi Castin Timberleykin Bakı Olimpiya Stadionunda (BOS) keçirdiyi konserti 45 000-dən çox tamaşaçı izləyib.

Bu barədə Teleqraf-a BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə məlumat verib.

Onun sözlərinə görə, arena yerli və xarici tamaşaçıları təhlükəsiz şəkildə qəbul edərək yola salıb: "Ölkəyə minlərlə turist məhz bu tədbirə görə gəldi. Təşkilatçı hər detala qədər düşünmüş və tədbiri təşkil etmişdi. Sosial mediada həm müsbət, həm də mənfi rəylər görürük, amma sırf hansısa insident yasanmadı. Xırda nöqsanlar hər zaman olur və biz də səhvlərimizdən öyrənirik. Zənnimcə, hər şey uğurlu idi".

BOS rəsmisi bildirib ki, stadionda ot örtüyü hələ COP-29 tədbirindən sonra bərpa olunmayıb. Bu səbəbdən, konsertə görə meydançaya zərər dəyməyib.

Əsədzadə səhnə akustikasının pozulmaması üçün kənar işıqların söndürüldüyünü, bu səbəbdən, BOS-un fasadının konsert müddətində işıqlandırılmadığını da diqqətə çatdırıb.

O, səhnə ətrafına xeyli insanın buraxılmasını isə belə izah edib: "Bu, BOS-da sayca 3-cü konsert tədbiri idi. Yəni, ilk hal deyildi. Ümumiyyətlə, stadionda keçirilən konsertlər zamanı səhnə və tamaşaçı hissələri məhz ot örtüyü və atletika idmanı ərazisində olur. Əks halda, tədbirin stadionda keçirilməsinin anlamı yoxdur".

Seçilən
42
teleqraf.com

1Mənbələr