AZ

Həftənin astroloji proqnozu Bu bürclər diqqətli olmalıdır

Sfera.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İyulun son günləri güclü kosmik təsirlərlə yadda qalacaq. Ayın son günlərində Veneranın Xərçəng bürcünə keçidi sevgi, ailə və emosional bağlara daha çox diqqət yönəltməyimizə səbəb olacaq. Bu həftə həm şəxsi inkişaf, həm də münasibətlər sahəsində mühüm dönüş nöqtələri gətirə bilər.

Sfera.az həftəlik bürc qoroskopunu təqdim edir:

Qoç

Bu həftə özünü ifadə və həyat mövqeyinlə bağlı daxili sorğular ön plana çıxır. Güclü görünmək istəsən də, həssas tərəflərin üzə çıxa bilər.

Buğa

Keçmiş peşmanlıqlar və basdırılmış qorxular səni yorğun və həssas edə bilər. Daxildəki narahatlıqlara qulaq asmaq faydalı olacaq.

Əkizlər

Ortaq planlar və əməkdaşlıqlarla bağlı köhnə xəyal qırıqlıqları gündəmə gələ bilər. Dəstək gözlədiyin insanlarla bağlı duyğularını yenidən dəyərləndirə bilərsən.

Xərçəng

Peşəkar həyatda özünü yetərincə qiymətləndirilməmiş hiss edə bilərsən. Keçmişdəki uğursuzluqlar və nüfuzlu şəxslərlə anlaşmazlıqlar xatırlana bilər.

Şir

İnanc sistemlərin və həyat fəlsəfənlə bağlı suallar qarşıya çıxa bilər. Təhsil, beynəlxalq məsələlər və gələcək planlarla bağlı dərindən düşünmək ehtiyacı hiss edə bilərsən.

Qız

Maliyyə və emosional bağlılıqlarda köhnə qorxular üzə çıxa bilər. Borc və ya ortaq maliyyə məsələləri həm maddi, həm də emosional baxımdan sınağa çəkə bilər.

Tərəzi

Yaxın münasibətlərdə köhnə incikliklər gündəmə gələ bilər. Partnerindən kifayət qədər dəstək görmədiyin anlarda öz dəyərini sorğulaya bilərsən.

Əqrəb

İş həyatında gərginlik və ədalətsizlik hissi yarana bilər. Yorğunluq və bədənin verdiyi siqnallara diqqət yetirməlisən.

Oxatan

Yaradıcılıq, sevgi və uşaqlarla bağlı köhnə incikliklər üzə çıxa bilər. “Mən kifayət qədər yaxşı deyiləm” düşüncəsi səni daxili olaraq sınağa çəkə bilər.

Oğlaq

Ailə münasibətləri və aidiyyət hissi ilə bağlı köhnə yaralar gündəmə gələ bilər. Uşaqlıqdan gələn incikliklər bu dövrdə daha çox üzə çıxa bilər.

Dolça

Ünsiyyət və özünü ifadə mövzusunda köhnə narazılıqlar ön plana çıxır. Düşüncə tərzin və ifadə formasını yenidən nəzərdən keçirə bilərsən.

Balıqlar

Maddi təhlükəsizlik və öz dəyər hissinlə bağlı daxili suallar yaranacaq. Keçmiş maliyyə mövzuları və özünə güvən məsələləri üzə çıxa bilər.

Fidan Hacızadə

Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
sfera.az

2Mənbələr