“Neftçi” Mali milisinin sağ cinah müdafiəçisi Falaye Sakonu heyətinə qatıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik “Monpelye”nin futbolçusu ilə anlaşıb. 30 yaşlı oyunçu ilə bir müddətdir davam edən danışıqlar müsbət nətiəcələnib.
“Monpelye” Sakonu 2023-cü ildə Portuqaliya “Vitoriya”sından transfer etmişdi. Müdafiəçi karyerası ərzində Macarıstan, Belçika, Portuqaliya və Fransada legioner həyatı yaşayıb.