Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Əl-Nəsr”in ulduz hücumçusu Kriştiano Ronaldo “Çelsi”nin 25 yaşlı hücumçusu Joao Feliksin Səudiyyə Ərəbistanı klubuna keçmək qərarına təsir edib.
QOL.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.
Feliks "Əl-Nəsr"lə müqavilə imzalamağa razılaşı. Belə ki, 25 yaşlı hücumçunu bu transferə Ronaldo razı salıb. 40 yaşlı forvard əsas arqument kimi bir mövsümdə 40-50-dən çox matçda birlikdə çıxacaqlarını və yaxşı anlaşacaqlarını göstərib. O, bu yolla Portuqaliya millisinin 2026-cı il dünya çempionatında daha uğurlu ola biləcəyini vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl insayder Fabrinto Romano Feliksin transferinin ilkin dəyərinin 30 milyon avro olacağını bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.