Bu barədə Aktual.az-a Bakı Metropolitenindən kondisionersiz və havalandırma sistemi olmayan qatarlarla bağlı məsələyə münasibət bildirərkən deyilib.
Köhnə qatarların hələ də istismarda qalmasının səbəbi kimi onların texniki resurslarının tükənməməsi göstərilib:
"Vaqon parkımız həm yeni, həm köhnə qatarlardan ibarətdir. Köhnə nəsil qatarların istismar müddəti bitmədiyinə görə onlar uyğun qaydada xəttə buraxılır. Bu vaqonlarda texniki baxımdan kondisioner quraşdırmaq mümkün deyil”.
Bununla belə, qurum qatar parkının mərhələli şəkildə yeniləndiyini və köhnə vaqonların istismar müddəti bitənədək xəttə buraxılacağını bildirib.
Qeyd edək ki, sərnişinlər köhnə qatarlarda yüksək temperatur və havasızlıqdan şikayət edirlər.