“Aeroflot” informasiya sistemlərində yaranan nasazlıq səbəbindən uçuş cədvəlinə mümkün düzəlişlər barədə xəbərdarlıq edib.
Bu barədə aviaşirkət özünün Teleqram kanalında məlumat yayıb.
“Aviaşirkətin informasiya sistemlərində nasazlıq yaranıb. Xidmətdə fasilələr ola bilər. Bu baxımdan, uçuşların cədvəlində, o cümlədən təxirə salınma və ləğv yolu ilə uçuş cədvəlinə məcburi düzəlişlər gözlənilir”, - məlumatda deyilib.