Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yerləşən körpünün üzərində qeydə alınıb. Hərəkətdə olan “KamAZ” markalı yük maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.