AZ

“AAAF Park” yaşayış kompleksində daha bir rəzalət: 300-dən çox ailə mənzillərinə çıxarış ala bilmir – VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksində 300-dən çox ailə illərdir ki, çıxarış problemini həll edə bilmir.

Ulusal.az xəbər verir ki, bir qrup sakinmüraciətində bildiriblər ki, kompleksin 19 saylı küçəsində problemlər təkcə bununla da bitmir.

Sakinlər deyiblər ki, 300-dən çox ailə mülkiyyət hüquqlarının rəsmi şəkildə tanınmaması səbəbindən bir çox hüquqi xidmətlərdən istifadə edə bilmirlər.

Ərazidə çəkiliş apararkən bizə yaxınlaşan binanın komentdantı bildirdi ki, binada yaşayış olsa da. Tam istifadəyə verilməyib. Binaya qaz veriləndən sonra çıxarış problemi də həll ediləcək.

“AAAF Park” yaşayış kompleksindən o da bildirildi ki, mənzillərə çıxarış verilməsi üçün aidiyyəti üzrə müvafiq quruma müraciət olunacaq.

Seçilən
31
2
moderator.az

3Mənbələr