AZ

"Qaş düzəldən yerdə, göz çıxaran" təmizlik maşını

Sabunçu rayonunda yaşayan bəzi sakinlər küçələrdəki antisanitar vəziyyətdən şikayətçidir. 

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə müraciət daxil olub. 

Bildirilib ki, rayonun Əliyar Əliyev küçəsindən (köhnə Anaşkin küçəsi) zibil daşıyan avtomobillər nasazdır. Nəticədə maşından məişət tullantılarının suyu axır.

"Hər gün zibil maşını gəldikdə, nasaz olduğu üçün zibilin suyu asfaltın üzərinə tökülür, üfunət iyindən pəncərəni belə açmaq olmur. Külək isə yerə tökülən zibili küçə boyu yayır. Bir neçə dəfə zibil qutularının yerinin dəyişdirilməsi üçün müraciət edilsə də, heç bir cavab olmayıb. Texnikanı sürənlərdən soruşduğumuz zaman ki, heç olmasa zibilin suyu axmasın, deyirlər olanımız budur. Bundan əlavə zibil konteynerləri deşik olduğu üçün, üst-üstə yığılan zibilin suyu da yola tökülür", - deyə sakin vurğulayıb.

Ərazidən kadrları təqdim ediriik:

Seçilən
11
far.az

1Mənbələr