Qərbi Afrika ölkəsi Qanada M pox virusundan (mpox) ilk ölüm faktı qeydə alınıb.
Referans xəbər verir ki, Qana Səhiyyə Xidməti (GHS) virus səbəbindən ilk ölüm hadisəsinin baş verdiyini açıqlayıb.
GHS-in məlumatına görə, ölkədə 23 yeni M pox xəstəliyi faktı aşkar olunub. Bu da o deməkdir ki, may ayından bəri yoluxma sayı 257-yə çatıb.
Açıqlamada, M pox virusunun, yoluxmuş insanlarla yaxın fiziki təmas nəticəsində yayılmağa davam etdiyi qeyd edilib. İnsanlara bu xəstəliyin yayılmasının qarşısını almaq üçün, yoluxmuş şəxslərlə yaxın təmasdan qaçınmağı və əllərini tez-tez yumağı tövsiyə edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta