AZ

Təhsil müəssisələrində kommunal-kommunikasiya sitemləri yenilənəcək - 8 milyon manat xərclənəcək

BAKI, 28 iyul. TELEQRAF

Elm və Təhsil Nazirliyi təhsil müəssisələrində kommunal-kommunikasiya ilə bağlı işlərə start verir.

Teleqraf-ın xəbərinə görə,nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi müvafiq işlərə 8 milyon 348 min 263 manat xərcləyəcək.

Qeyd edək ki, artıq qurum təchizatçı ilə bağlı tender elan edib. Namizədlər təkliflərini təqdim etmək üçün 1500 manat iştirak haqqı ödəməlidirlər.

Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi avqustun 25-nə təyin olunub.

Seçilən
7
teleqraf.com

1Mənbələr