AZ

Türkiyə “Qəzəb”i təqdim etdi, dünya heyrətdədir: Termobarik CANAVARDIR – VİDEO

Türkiyənin indiyədək istehsal edilən ən dağıdıcı adi təyyarə bombası olan WASAP-ın sınaq görüntüləri paylaşılıb və bütün dünyada şok effekti yaradıb, qəzetlərin manşetlərinə düşüb.

Ulusal.az “Milliyyet”ə istinadən xəbər verir ki, Türkiyənin özünün “bomba anası” istehsal etdiyini bəyan edən Avstriya mətbuatından tutmuş, onu “atom bombası” adlandıran İsrail mətbuatına qədər bəzi təəccüblü şərhlər var.

IDEF 2025 müdafiə sənayesi sərgisində nümayiş etdirilən və hədəfini dəqiqliklə vuran bomba, ekspertlərin fikrincə, Türk müdafiə sənayesinin çatdığı səviyyəni bir daha nümayiş etdirir.. Əvvəlcə “Qəzəb”in xüsusiyyətlərinə nəzər salaq:

Milli Müdafiə Nazirliyinin Ar-Ge məhsulu olan “Qəzəb”, təxminən 970 kq çəkiyə malik yüksək məhvetmə gücünə malik bir təyyarə bombasıdır.

“Qəzəb” partlama anında ətraf mühitə səpələnmiş hissəciklər sayəsində kvadrat metrə təxminən 10,6 hissəcik nisbəti ilə sahədəki hədəfləri sıradan çıxarmaqda əhəmiyyətli təhlükə yaradır .

Standart Amerika istehsalı olan MK-84 bombası ilə müqayisədə “Qəzəb” təxminən üç dəfə artıq gücə malikdir.

İsrailin “Kanal 14” telekanalı xəbəri belə təqdim edib: “Türkiyə, on min ölümcül parçaya parçalanan və geniş dağıntılar yaradan, görünməmiş gücə malik yeni “Qəzəb” bombasını nümayiş etdirdi”.

Kanal əlavə edib ki, “Nüvə silahı olmasa da, yarmarkada canlı nümayişdə güclü partlayış və geniş yayılmış qəlpə effekti müharibə dövrünün səhnələrini xatırladır”.

“Qeyri-adi gücünə və qeydə alınmış qeyri-adi partlayışa görə “atom bombasına bənzəyən” bu silah Qərb təhlükəsizlik rəsmiləri arasında maraq və hətta narahatlıq yaradır”, – İsrail kanalı şərh edib.

“Azeri Times” şərhində “Türkiyə indiyədək özünün ən güclü qeyri-nüvə bombası olan “Qəzəbi” sınaqdan keçirib. Bu, bomba sığınacaqlarını buxarlamaq üçün nəzərdə tutulmuş 1 tonluq termobarik canavardır”.

Termobarik bomba nə deməkdir? Termobarik bomba istilik və təzyiqdən istifadə edərək işləyən qeyri-nüvə bombasıdır. Neft və havanın birləşməsindən hazırlanmış bombanın partlayıcı mexanizmi kiçik atom bombasına bərabər dağıdıcı qüvvə yaradır.

Avstriyada fəaliyyət göstərən “FutureZone.at” texnologiya xəbər saytı “Qəzəb: Türkiyə özünün “Bütün bombaların anasını” sınayır” başlığı ilə məlumat yayıb. Sayt “Qəzəbi” Amerikanın “bütün bombaların anası” kimi tanınan MOAB bunker partlayıcı bombası ilə müqayisə edib və üstünlüyü “Qəzəb”ə verib.

“Qəzəb”də 10 min hissəcik var ki, partlayış zamanı daha da kiçik parçalara ayrılaraq bombanın ətrafına yayılır. Buna görə də partlayış radiusunda hər kvadratmetrə 10-dan çox hissəcik sıxlığı qeyd olunur. Partlayış radiusunun ölçüsü məlum deyil. Mənbələr “yüzlərlə kvadratmetr” ərazidən danışır”, – sayt qeyd edib.

Hindistanın aparıcı onlayn xəbər saytlarından biri olan “India.com” “Qəzəb və NEB-2 ilə tanış olun: Türkiyə tərəfindən hazırlanmış, 970 kq ağırlığında iki ölümcül bomba… Hindistan nə etməlidir?” başlığı ilə yazı dərc edib.

“Türkiyə son illərdə hərbi texnologiyasını sürətlə inkişaf etdirib. İndi o, müdafiə sektorunda özünü təmin etməyə doğru gedir. Türkiyənin müdafiə siyasəti xarici asılılığın azaldılması və yerli məhsulların təşviqi üzərində qurulub. Bu məqsədlə o, raket sistemləri, zirehli maşınlar, dəniz platformaları və təyyarələr kimi texnologiyalar sahəsində əhəmiyyətli irəliləyişlər əldə etmişdir2, – yazıda deyilir.

Seçilən
43
1
moderator.az

2Mənbələr