AZ

Suriyada parlament seçkilərinin vaxtı müəyyənləşib

Bu barədə Suriya Xalq Məclisinə Seçkilər üzrə Ali Komitənin sədri Məhəmməd Taha Əl-Əhməd ölkənindövlət xəbər agentliyinə (SANA)açıqlamaverib. Onun sözlərinə görə, eyni zamanda, vilayətlərin parlamentdəki nümayəndəlik nisbəti də yenidən müəyyənləşdiriləcək.

"210 deputatdan 70-i birbaşa prezident tərəfindən təyinat alacaq",– sədr bildirib.

Onun sözlərinə görə, ölkədə parlament seçkilərinin15-20 sentyabr aralığında keçirilməsinəzərdə tutulur.

Xatırladaq ki, keçən il dekabrın 8-də Suriyada hazırkı prezident Əhməd Əş-Şərəənin rəhbərliyindəki müxalif qüvvələr sabiq dövlət başçısı Bəşər Əsədin 24 illik hakimiyyətinə son qoyub. Beləliklə, Əsəd ailəsinin ümumilikdə53 illik diktaturası başa çatıb.Bu, Suriyada vətəndaş müharibəsinin gedişində ən mühüm hadisə sayılır.

Firudin Həmidli
AzVision.az
Seçilən
92
1
azvision.az

2Mənbələr