"Yelo Bank" ASC müştərilərini sərfəli, rahat investisiya imkanları ilə sevindirməyə davam edir. Bu dəfə "Yelo invest" istifadəçiləri üçün xüsusi kampaniya elan olunub: 28, 29, 30 iyul tarixlərində "Yelo App" üzərindən bazarın açıq olduğu, bazaröncəsi (pre-market) və bazarsonrası (after-market) ticarət saatlarında edilən səhm və ETF alışları komissiyasız olacaq. Kampaniya həm bazar, həm də limit sifarişləri ilə edilən əməliyyatlara aiddir.
"Yelo invest" nədir?
"Yelo invest" xidmətini istifadə edən "Yelo" müştəriləri ABŞ birjalarında səhmlər və ETF-lərlə rahatlıqla ticarət edə bilir. Cəmi 10 ABŞ dolları ilə investisiya dünyasına daxil olmaq mümkündür. Üstəlik, "Yelo invest"lə yalnız bazarın açıq olduğu saatlarda deyil, həm də pre-market və after-market saatlarında ümumilikdə 16 saat ərzində əməliyyat aparmaq imkanı mövcuddur.
Ticarət zamanı müştərilərə iki seçim təqdim olunur: ya bazar qiyməti ilə dərhal alış üçün bazar sifarişi, ya da daha yaxşı qiymət üçün gözləyən limit sifarişi. Ticarət prosesi tamamilə onlayndır və yalnız "Yelo App" üzərindən həyata keçirilir.
"Yelo invest" xidməti “Unicapital İnvestisiya Şirkəti” ASC (lisenziya №-si 087910) vasitəsilə həyata keçirilir.
"Yelo Bank"ın bu kampaniyası
Bank xidmətləri haqda əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
"Yelo Bank" – Parlaq bankçılıq!
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta