AZ

Zelenski arvadının xahişi ilə hərbi geyimdən kostyuma keçdi

Ukrayna Prezidenti Volodimir Zelenski artıq hərbi üslublu geyimlər əvəzinə kostyum geyinməyə başlayıb. Bu dəyişiklik birbaşa həyat yoldaşı Yelena Zelenskayanın istəyi ilə baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə prezidentin geyim üzrə dizayneri Viktor Anisimov Ukraynanın “Teleqraf” nəşrinə verdiyi müsahibədə məlumat verib.
 

“Birinci xanım rəsmi tədbirlər zamanı onların görünüşündə çox böyük kontrastın olduğunu qeyd etdi: o, protokola uyğun geyimdə olur, Zelenski isə hərbi tərzdə görünürdü,” – deyə Anisimov bildirib.


Dizaynerin sözlərinə görə, əsas məsələ prezidentin ümumiyyətlə üslubunu dəyişməyə razı olması idi, lakin bu keçid heç bir ciddi çətinlik yaratmayıb.

Bizim.Media

Seçilən
65
50
bizim.media

10Mənbələr