Kaliforniyada Pasifik-Qrouv rayonunda üç nəfərin olduğu özəl təyyarə qəzaya uğrayıb. Məlumatı NBC telekanalı yayıb. Xəbərdə deyilir ki, onlardan heç biri sağ qalmayıb. "Beech 95-B55 Baron" hava gəmisi Sakit okean sahilində Point-Pinos mayakının yaxınlığında okeana düşüb. N8796R reysi San-Karlos hava limanından qalxıb və Monterey regional hava limanına gedirmiş.
Qəzadan sonra axtarış-xilasetmə əməliyyatı başlayıb. Axtarışlara sahil mühafizəsinin helikopteri cəlb edilib. Təcili yardım xidmətləri təyyarədə olan üç nəfərin hamısının öldüyünü təsdiqləyib.
Mətləb