Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 27-də fransalı həmkarı Emmanuel Makronla danışıb.
Bu barədə Zelenski teleqram kanalında məlumat paylaşıb.
Ukrayna lideri bildirilib ki, onlar iyulun 23-də İstanbulda Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların üçüncü raundunun nəticələrini müzakirə ediblər:
“Biz avqustun sonuna qədər ən yüksək səviyyədə görüş keçirmək təklifimizlə bağlı cavab gözləyirik”.
Zelenski əlavə edib ki, mümkün görüşdə Avropa nümayəndələrinin də iştirakı vacibdir.
"Cebheinfo.az"