Bakı. Trend:
Fransız teatr və kino aktyoru Jan-Pol Dübua 74 yaşında vəfatedib.
Trend xəbər verirki, bu barədə Fransanın Sceneweb xəbər portalı məlumat yayıb.Aktyorun ölüm səbəbi hələlik açıqlanmır.
Jan-Pol Dübua öz aktyorluq karyerasına 1970-ci illərdə başlamışvə bir sıra tanınmış ekran işlərində rol almışdı. O, xüsusilə“Target” (1985), “Vidocq” (2001) və “Fanfan La Tulipe” (2003)filmlərindəki çıxışları ilə tamaşaçıların yaddaşında qalıb.