Moskvadan ilk birbaşa reys KXDR-in paytaxtı Pxenyana enib..
Poliqon xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Sunan Beynəlxalq Hava Limanında Rusiya tərəfdən iki ölkə arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyaya rəhbərlik edən Rusiyanın təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlovun başçılıq etdiyi Rusiya nümayəndə heyətinə və ekipaj üzvlərinə təntənəli şəraitdə gül dəstələri təqdim olunub.
Şeremetyevodan havaya qalxan Boeing 777-200ER təxminən 8 saat yolda olub. Uçuş zamanı bütün elanlar rus və koreya dillərində edilib.
Pxenyandan Moskvaya geri dönüş reysi iyulun 29-da baş tutacaq
Poliqon.info