AZ

KİV: “Crocus”a hücum insanların ən çox toplaşdığı vaxtda həyata keçirilib

Moskvada yerləşən “Crocus City Hall” konsert zalına edilən terror hücumu insanların ən çox toplaşdığı vaxtda baş verib.

APA xəbər verir ki, bu barədə TASS agentliyinin əldə etdiyi istintaq materiallarında məlumat yer alıb.

Sənədlərə əsasən, terrorçular binaya yaxınlaşan kimi atəş açmağa başlayıblar. Onlar qadın və kişilər arasında fərq qoymadan insanları güllələyiblər. Hücum edənlərdən biri dərhal yeddi patron darağını boşaldıb.

Materiallarda həmçinin qeyd olunur ki, silahlılar binanın girişində konsert zalına keçmək istəyən insanlara atəş açıblar.

İçəri daxil olduqdan sonra isə terrorçular təkcə silahdan deyil, həm də bıçaq və avtomatların qundağı ilə insanlara zərbələr endiriblər.

Seçilən
77
1
apa.az

10Mənbələr