Bakı. Trend:
XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının qonaqları sırasındaGürcüstanın tanınmış “Tbilisi Big Band” musiqi qrupu da var.Festivalın proqramına uyğun olaraq, iyulun 27-də axşam “QafqazResort” otelindəki açıq səhnə Gürcüstandan gəlmiş musiqi qrupununixtiyarına verilib.
Trend xəbər verirki, kollektivin caz, ritm və enerji dolu əsrarəngiz çıxışımusiqisevərlərin ürəyincə olub və alqışlarla qarşılanıb.
“Tbilisi Big Band” musiqi qrupu Qəbələ festivalında üçüncüdəfədir iştirak edir. Professional musiqiçilərdən ibarət “Big Band”1997-ci ildə yaradılıb və Gürcüstanın aparıcı kollektivlərindənbiridir. Orkestr estrada ifaçılığı, xüsusilə də gürcü cazənənələrinə sadiq qalaraq, son illər bir çox uğura imza atıb.Hazırda qrupun repertuarında müxtəlif janrları əhatə edən yüzlərləəsər var. Buraya gürcü və xarici müəlliflərin vokal və instrumentalkompozisiyaları daxildir. Musiqi qrupu 2006-cı ildə Monte Karlodakeçirilən Beynəlxalq Caz Festivalında Qran-Pri mükafatına layiqgörülüb. Orkestrlə birgə G.Şiller, B.Mintser, R.Ayers, İ.Butman,C.İzaak, D.Teffer kimi tanınmış musiqiçilər çıxış edib.
Festivalın proqramına uyğun olaraq, iyulun 28-də tamaşaçılarakamera musiqisi axşamı və Ü.Hacıbəyli adına Azərbaycan DövlətSimfonik Orkestrinin konserti təqdim olunacaq.