AZ

Qəbələ festivalında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsert təqdim olunub (FOTO)

Bakı. Trend:

Uğurla davam edən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalıçərçivəsində iyulun 27-də Heydər Əliyev Konqres Mərkəzindəmusiqisevərlərə dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsrolunmuş konsert proqramı təqdim edilib. Kamera musiqisi axşamındaXalq artistləri Ülviyyə Hacıbəyova (piano) və Gülnaz İsmayılova(soprano) tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxışediblər.

Trend xəbər verirki, konsertdən əvvəl Xalq artisti Ülviyyə Hacıbəyova çıxış edərəkÜzeyir Hacıbəylinin yaradıcılığı və konsertdə ifa olunacaq əsərlərbarədə qısa məlumat verib. Xalq artisti deyib: “Mən həmişə ÜzeyirHacıbəylini “dahilərin dahisi” adlandırmışam. Xalqımız da onu beləqavrayıb və qəbul edib. Çünki Üzeyir Hacıbəyli yalnız bir sahədədeyil, mədəniyyətimizi əhatə edən bir çox sahədə dahi statusunuqazanıb. O, həm böyük dramaturq, publisist, həm də musiqişünas,bəstəkar, böyük vətəndaş olub”.

Konsertdə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasındanGülçöhrənin ariyası, “Koroğlu” operasından Nigarın ariyası,“Uvertüra”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletindən Vals,Soltan Hacıbəyovun “Nəğmə”, Qara Qarayevin iki prelüdü, ArifMəlikovun “Güllər”, Fikrət Əmirovun “Sevil” operasından Sevilinariyası, Tofiq Quliyevin “Sevincim Bakı”, Niyazi Hacıbəyovun “Rast”simfonik muğamından fraqmentlər, “Arzu”, Fərhad Bədəlbəylinin “AveMaria” və digər bəstəkarların əsərləri səsləndirilib.

Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qəbələ
Qəbələ
Qəbələ
Qəbələ
Qəbələ
Qəbələ
Qəbələ
Qəbələ
Qəbələ
Qəbələ
Qəbələ
Qəbələ
Qəbələ
Qəbələ
Qəbələ
Qəbələ
Qəbələ
Qəbələ
Qəbələ
Qəbələ
Seçilən
19
5
az.trend.az

6Mənbələr