AZ

Azərbaycanlı atlet qızıl medal qazandı

Azərbaycan təmsilçisi Əlhəm Nağıyev Yunanıstanın Volos şəhərində təşkil olunan atletika üzrə Balkan çempionatında qızıl medal qazanıb.

Publika.az xəbər verir ki, o, 200 metr məsafəyə qaçışı 20.70 saniyə göstərici ilə başa vurub.

Bu nəticə ilə Nağıyev ümumilikdə 19 idmançının mübarizə apardığı növdə bütün rəqiblərini qabaqlayaraq Balkan çempionatının qızıl medalına sahib çıxıb.

Seçilən
105
11
publika.az

10Mənbələr