Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ prezidenti Donald Tramp ilə söhbəti zamanı onun danışıq bacarıqlarını qiymətləndirib.
Moderator.az-ın məlumatına görə, söhbətin videosunu "Right Side Broadcasting Network" öz "YouTube" kanalında yayımlayıb.
"Siz sərt danışıqlar aparan şəxs və sövdələşmə ustası kimi tanınırsınız", - deyə o bildirib.
Siyasətçilər iyulun 27-də Şotlandiyada görüşüb. Danışıqların ardından Tramp ABŞ-ın Avropa İttifaqı ilə ticarət sazişi imzaladığını elan edib. ABŞ prezidenti bu sazişi "ən böyük" adlandırıb.