Dogru.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlamentlərarası İttifaqın Qadın Parlament Sədrlərinin 15-ci Sammitində iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərinə işgüzar səfərə gedib.
Doğru.az xəbər verir ki, səfər çərçivəsində Sahibə Qafarovanın beynəlxalq tədbirlərdə çıxışları və nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşləri planlaşdırılıb.
DOĞRU.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.