ain.az bildirir, Dogru.az portalına istinadən.
Türkiyənin cənub-şərqində yerləşən Şırnak vilayətində +50,5 °C temperatur qeydə alınıb. Türkiyə Dövlət Meteorologiya Xidmətinin məlumatına istinadən “Türkiyə Today” nəşri yazır ki, bu göstərici Avropa üzrə yeni rekorddur.
Doğru.az xəbər verir ki, bu temperatur 2021-ci ilin avqustunda Siciliyada ölçülən əvvəlki göstəricidən 1,7 °C yüksəkdir.
Şiddətli istilər səbəbindən ölkənin müxtəlif bölgələrində, o cümlədən Bursada meşə yanğınları başlayıb. Yanğın təhlükəsi səbəbindən həmin ərazidən artıq 2 minə yaxın insan təxliyə edilib.
Buna baxmayaraq, Rusiya Səyahət Sənayesi İttifaqı (RUTİ) bildirib ki, regionda yaranan bu vəziyyət Rusiyadan gələn turistlərin istirahət planlarına ciddi təsir göstərməyib.
DOĞRU.AZ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.