AZ

Rusiyada turistlərin avtobusu aşdı, xeyli sayda yaralı var FOTO

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Başqırdıstanda turistlərin olduğu avtobus aşıb. 

"Unikal" xəbər verir ki, regional səhiyyə naziri Ayrat Rahmatullinin sözlərinə görə, avtobusun aşması nəticəsində 20-dən çox turist xəsarət alıb. Onlardan 15-i Mesyaqutovskaya Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Daha səkkiz nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağır, qalanlarının vəziyyəti orta ağırdır. Nazir əlavə edib ki, hazırda zərərçəkənlərin Ufaya təxliyəsi məsələsi həll edilir.

O, qəza yerinə yeddi təcili tibbi yardım briqadasının göndərildiyini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
107
3
unikal.az

10Mənbələr